Göygöldə avtomobil qəzası olub, iki qadın xəsarət alıb

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb, iki qadın xəsarət alıb.

 

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayon Hacıməlik qəsəbəsində baş verib.

 

Avtomobil qəzası nəticəsində 1968-ci il təvəllüdlü Tamaşa Məhərrəmova və 1981-ci il təvəllüdlü Səmiyə Salmanova xəsarət alıb.

 

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: