65 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Zaqatalada 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, Zaqatala şəhəri, A. Həmidov küçəsi ev 160 ünvanında yaşayan, 1954-cü il təvəllüdlü Məmmədəli Aşur oğlu Soltanov ötən gün axşam saat 18 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 65 yaşlı M. Soltanovun yaşadığı evin çardağında iş görən zaman yıxılaraq ağır qapalı kəllə-beyin travması alması məlum olub. Həkimlərin səyinə baxmayaraq M. Soltanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Share: