“Mançester Yunayted”də yeni müqavilə

“Mançester Yunayted” futbolçusu Andreas Pereyra ilə müqaviləni uzadıb.

Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2015-ci ildən “MY”də çıxış edən 23 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 15 oyuna 1 qol vurub.

Share: