
Yanvarın 23-də Avropa İttifaqına üzv olan 27 dövlət Ermənistana müşahidə missiya göndərilməsi barədə qərar qəbul edəcək.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə mətbuata yüksək vəzifəli Aİ rəsmisi məlumat verib.
O qeyd edib ki, bu, regionda stabilliyin təmin olunmasına kömək edəcək.
Xatırladaq ki, bundan əvvəl Aİ-nin Ermənistana 100 nəfərdən ibarət 2 illik müşahidə missiyası göndərəcəyi barədə məlumat yayılmışdı.