Ukrayna Soledardan geri çəkildiyini açıqladı

 

Ukrayna Müdafiə Qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün Donetsk vilayətindəki Soledardan geri çəkilib.

Milletinsesi.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupundan Sergey Çerevatı bildirib.

“Biz əvvəlcədən hazırlanmış müdafiə xətlərində möhkəmləndik. Əsas tapşırığı yerinə yetirdik. Ukrayna hərbçilərinin mühasirəyə alınması və ya əsir götürülməsi olmayıb. Bu, müharibədir. Hər bir komandir öz qoşunları üçün maksimum faydaya əsaslanaraq qərarlar qəbul edir. Biz düşmənimizin özünə icazə verdiyi lüksə malik deyilik. Yəni sadəcə döyüşçüləri öldürmək üçün qabağa ata bilmərik. Biz manevr etməyə, atəş açmağa, düşməni tükəndirmək üçün kiçik qrup taktikalarından istifadə etməyə çalışırıq”, – Çerevati bildirib.

“Düşmənin əvvəllər Kiyev vilayətində, Xersonda, Xarkov əməliyyatında Limanda əhəmiyyətli məğlubiyyətlər alması fonunda Rusiya Federasiyası diqqəti kiçik Soledar şəhərciyinə yönəltmək istəyir”, – o qeyd edib.

 

Share: