Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində 2 710 kiçik və orta həcmli layihəyə 104,2 milyon manat güzəştli kredit verilib.
Milletinsesi.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” profilində qeyd edib.
Bildirilib ki, sahibkarlara dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və güzəştli kreditlər biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasını təmin edir.