Almaniyanın Münhen şəhərində Rusiyaya casusluq edən şəxs saxlanılıb.
Milletinsesi.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, ABŞ-dan Almaniyaya qayıdan Artur E. adlı şəxs Münhen hava limanında tutulub. Onun Almaniya vətəndaşı olduğu müəyyən edilib.
Məlumata görə, həmin şəxs Almaniya Xarici Kəşfiyyat Xidmətinin ötən ilin dekabrında eyni ittihamla saxlanılan əməkdaşı Karsten L. ilə cinayət ortağıdır.
Hazırda araşdırmalar davam etdirilir.