Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Böyük Britaniyanın XİN rəhbəri Ceyms Kleverli ilə görüşüb.
Milletinsesi.az xəbər verir ki, gürcü nazir bu barədə tviter səhifəsində məlumat verib.
Görüş Darçiaşvilinin Britaniyaya səfəri çərçivəsində baş tutub.
“Mən “Wardrop Dialogue” tədbirində iştirakla bağlı Britaniyada olmaqdan məmnunluq duyuram. Həmkarım Kleverli ilə toplantı keçirdik. İkitərəfli gündəliyin əsas mövzularını müzakirə etdik. Ölkələrimizin strateji müttəfiqliyinin müsbət dinamikasından məmnun olduğumuzu ifadə etdik. Əməkdaşlığımızı daha da dərinləşdirməyin yollarından danışdıq”, – deyə o yazıb.
Delighted to be in the UK within the???? Wardrop Dialogue. Had a meeting with my colleague @JamesCleverly. We discussed the core themes of ???? bilateral agenda, welcomed positive dynamics of our countries’ strategic partnership and talked about the ways to make coop even closer. pic.twitter.com/oFgxPgLLSs
— Ilia Darchiashvili (@iliadarch) January 26, 2023