Gürcüstanın XİN başçısı britaniyalı həmkarı ilə görüşdü

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Böyük Britaniyanın XİN rəhbəri Ceyms Kleverli ilə görüşüb.

Milletinsesi.az xəbər verir ki, gürcü nazir bu barədə tviter səhifəsində məlumat verib.

Görüş Darçiaşvilinin Britaniyaya səfəri çərçivəsində baş tutub.

“Mən “Wardrop Dialogue” tədbirində iştirakla bağlı Britaniyada olmaqdan məmnunluq duyuram. Həmkarım Kleverli ilə toplantı keçirdik. İkitərəfli gündəliyin əsas mövzularını müzakirə etdik. Ölkələrimizin strateji müttəfiqliyinin müsbət dinamikasından məmnun olduğumuzu ifadə etdik. Əməkdaşlığımızı daha da dərinləşdirməyin yollarından danışdıq”, – deyə o yazıb.

Mənbə

Share: