Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor təyin edilib.
Milletinsesi.az APA-ya istinadən məlumat verir ki, müvafiq qərarla bu vəzifəyə İlkin İsmayılov təyin edilib.
Qeyd edək ki, İlkin İsmayılov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın Baş həkimi vəzifəsində çalışıb.
Xatırladaq ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib.