PSJ-nin ulduz futbolçusu “Bavariya” ilə oyunu buraxacaq

PSJ-nin futbolçusu Kilian Mbappe Fransada Almaniya “Bavariya”sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

Liqa 1-in XXI turunda “Monpelye” ilə matçda dizindən zədələnən 25 yaşlı hücumçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, PSJ – “Bavariya” qarşılaşması fevralın 14-də baş tutacaq. Mbappe Liqa 1-də 13, Çempionlar Liqasında isə 7 qola imza atıb.

Mənbə

Share: