Ermənistanda Antikorrupsiya Məhkəməsinə kimin sədrlik edəcəyi müzakirə olunur.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, artıq bu posta namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Belə namizədlərdən biri Xaçik Qazaryandır. O, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan Antikorrupsiya Məhkəməsinin sədri ola bilər. Bildirilib ki, Xaçikyanın namizədliyi Ali Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilib.
Qeyd edilib ki, başqa namizədlərin də irəli sürüləcəyi istisna edilməyib.