Aksiya ərazisindən 59 maşının keçidində şərait yaradılıb 

Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus bir tibb avtomobilinin Laçından Xankəndi istiqamətinə, bir yük avtomobilinin isə Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.

 

Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 47, Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid 12 avtomobilin keçməsinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mənbə

Share: