“Rusiya öz ordusunun problemlərini həll edə bilməyib”.
Millətin Səsi.az xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi deyib.
“Nə Putin, nə də Rusiya yüksək komandanlığı döyüş meydanında ağıllı qərarlar qəbul etməyib. Onlar hələ də bir il əvvəl olduğu kimi eyni problemlərdən əziyyət çəkirlər. logistika, təchizat, kadrlar, bölmələrin birləşməsi və s. Mən davam edə bilərəm… Onlar bu problemlərin öhdəsindən gələ bilməyiblər”, – deyə o bildirib.
“Və bunu Putin təsdiqləyir. Bilirsiniz, mən corab dəyişdiyim kimi o, generalları dəyişməyə davam edir”, – deyə Kirbi əlavə edib.