Rusiya gəmiləri 30 ildə ilk dəfə nüvə silahı ilə dənizə çıxıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Norveç kəşfiyyatı məlumat yayıb.
“Münaqişə NATO-nun da iştirak etdiyi regional müharibəyə çevrilərsə, Rusiya nüvə silahından istifadə edə bilər. Müharibə onun mövcudluğuna təhlükə yaradır. Belə olan halda, taktiki nüvə silahının süni şəkildə nümayişkaranə istifadəsi mümkündür”, – deyə bildirilib.
Qeyd edək ki, Rusiyanın hərbi doktrinasına görə, ölkə suverenliyinə təhdid yaranarsa, nüvə silahından istifadə yolveriləndir.