Ramştayn toplantısında Qafqazı da müzakirə edəcəklər

NATO müdafiə nazirlərinin Ramştayn formatında keçirilən görüşündə Qafqazdakı proseslər də müzakirə olunacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, əsasən, Gürcüstandakı vəziyyət diqqət mərkəzində olacaq.

 

Ukraynanın müdafiəsi üzrə təmas qrupunun toplantısında eləcə də Moldova məsələsi, NATO ölkələrinin Ukraynaya hərbi dəstəyinin aspektləri barədə fikir mübadiləsi aparılacağı bildirilib.

 

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da toplantı iştirakçıları arasındadır.

Mənbə

Share: