2023-cü ilin yanvar ayında əsas kapitala 1091,7 mln. manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2% çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Millətin Səsi.az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb.
“İstifadə olunmuş vəsaitin 506,2 mln. manatı və ya 46,4%-i məhsul istehsalı sahələrinə, 529 mln. manatı (48,4%-i) xidmət sahələrinə, 56,5 mln. manatı (5,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub”, – məlumatda qeyd olunur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 mln. manatını və ya 74,4%-i daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 mln. manatı və ya 77,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 %, büdcə vəsaitləri 47,7%, əhalinin şəxsi vəsaitləri 6%, bank kreditləri 2,9%, sair vəsaitlər isə 2,2% təşkil edib.