21 yaşlı qadın xilas edildi

Türkiyədə baş verən zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında axtarışlar davam edir.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hatayda dağıntılar altında qalan qadın zəlzələnin 201-ci saatında xilas edilib .

 

Mine Akgül adlı 21 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov

Mənbə

Share: