Ukraynada Qələbə günü ləğv edilir

Ukraynada Qələbə günü ləğv edilir

Ukrayna parlamentində ölkədə qeyd olunan bayramlarla bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

 

Parlamentarilər 1 mayın Əmək Günü və 9 may tarixinin Qələbə Günü kimi qeyd olunmasının ləğv edilməsini təklif edirlər. Bəzi deputatlar 9 mayın şair Taras Şevçenkonun doğum günü olması təklifi ilə çıxış ediblər.

 

Xatırladaq ki, ötən il mayın 9-da Kiyevdə Qələbə günü qeyd olunmayıb.

 

Akif İsmayılov

Mənbə

Share: