“Rusiya elitası qələbəyə inanmır, lakin bunu Putinə deməyə risk etmirlər”

“Rusiya elitası qələbəyə inamını itirir, lakin bunu Putinin üzünə deməyə heç kim risk etmir.”

“Mən nə böyük hücuma, nə də Rusiyanın bütün sivil dünya üzərində qələbəsinə inanmıram…”

“Rusiya həm hərbi texnologiyalar, həm də motivasiya baxımından əlverişsiz vəziyyətdədir, lakin müharibə çox çəkəcək…”

Kreml Ukraynaya qarşı uzunmüddətli müharibə aparmağa hazırdır, lakin Rusiya elitası artıq qələbə qazanmaq imkanına inanmır.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə yüksək vəzifəli  rusiyalı məmurlar deyib.

Nəşr qeyd edir ki, Vladimir Putin Ukraynaya öz hərbi müdaxiləsilə  Qərbdən SSRİ-nin “soyuq müharibə”də məğlub olmasına görə revanş götürməyi planlaşdırıb, lakin hazırda Kremldə nikbinlik azalıb.

“Qarşıda həm Ukrayna, həm də Rusiya üçün hər şey daha mürəkkəb və daha baha olacaq, – bunu nəşrin jurnalistlərinə anonimliyin qorunması şərtilə mənbə deyib. – Belə miqyaslı iqtisadi itkilər zəbt edilən ərazilərə dəyməz”.

Onun fikrincə, Rusiya elitasının bir çox nümayəndələri belə hesab edir, amma heç kim bu barədə tezliklə qisas alınacağından ehtiyat edərək açıq deməyə cəsarət etmir.

Rusiyanın beş yüksək vəzifəli mənbələrinin sözlərinə görə, bütün geosiyasi təlatümlərə rəğmən, Putinin indiyədək hakimiyyət uğrunda mübarizədə ciddi rəqibi yoxdur və o, 2024-cü ilin mart ayında keçiriləcək prezident seçkilərindən əndişəli deyil.

“Mən nə böyük hücuma, nə də Rusiyanın bütün sivil dünya üzərində qələbəsinə inanmıram”, – bunu Kremlə yaxın olan və adının çəkilməsini istəməyən ikinci mənbə deyib. O, əlavə edib ki, Rusiya həm hərbi texnologiyalar, həm də motivasiya baxımından əlverişsiz vəziyyətdəir, lakin müharibə “çox uzun müddətdə” davam edəcək.

Putin, mümkündür ki, son nəticədə zamana stavka edir, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, Moskvadakı sabiq səfir Uilyam Berns hesab edir. “Mənə elə gəlir ki, növbəti altı ay, – bu, həm də bizim MKİ-nin dəyərləndirməsidir, – kritik olacaq, – Berns deyib. 

Onun fikrincə, döyüş meydanındakı gerçəklik “Putinin təkəbbürünə” zərbə vuracaq və ona göstərəcək ki, onun ordusu irəliyə gedə bilməz, yalnız zəbt etdiyi ərazini itirəcək.

Mənbə

Share: