Xilasedicimiz Türkiyədə xəsarət aldı – Video

Xilasedicimiz Türkiyədə xəsarət aldı – Video

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.

 

Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb. 

 

Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.

 

Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.

 

 

Mənbə

Share: