Putinin keçmiş həyat yoldaşı gənc ərilə İspaniyadakı elit mənzillərini təcili satışa çıxarıb

 

“Söhbət Aralıq dənizinin ən bahalı kurortlarından olan Marbelye şəhərində sahələri 229 və 405 kv m  və ümumi dəyəri 2, 2 milyon avro olan iki mənzildən gedir…”

“Navalnının “Korrupsiya ilə mübarizə Fondu” cütlüyün Avropa İttifaqının sanksiyaları siyahısına salınmasına səy göstərir…”

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Putina Avropa İttifaqının sanksiyalarından ehtiyat edərək İspaniyadakı daşınmaz əmlakından təcili surətdə xilas olmaq istəyir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri yazıb.

Qeyd edilir ki, Putindən boşanandan sonra Lüdmila “intensiv özəl həyat” yaşayıb. Onun 2015-ci ildə özündən 20 yaş kiçik olan İronman triatlon həvəskarı Artur Oçeretnı ilə nikahı jurnalistlərin Lüdmilanın soyadını dəyişdiyini müəyyən edənədək gizli saxlanılıb.

İspaniyada daşınmaz əmlakı Artur Oçeretnı 2011 və 2014-cü illərdə, nikahdan az öncə alıb. Apartamentlər onun adına rəsmiləşdirilib. Söhbət Aralıq dənizinin ən bahalı kurortlarından biri olan Marbelye şəhərində “Zolotaya mila” adlanan məkanda yerləşən sahələri 229 və 405 kv m və ümumi dəyəri 2, 2 milyon avro olan iki mənzildən gedir.

Lomas del Rey, марбелья

“Marbelyedə daşınmaz əmlakın digər sahibləri arasında aktyorlar Hyu Qrant və Şon Konneri, teleaparıcı Saymon Kouell və Suriya prezidenti Bəşər Əsədin əmisi Rifaat Əsəd də var. Yerli KİV-lərin məlumatına görə,  Putinin qonşu kurort qəsəbəsi olan La Zaqaletada villası var”, – “Politico” dəqiqləşdirib.

Qərbin bir sıra KİV-ləri güman edir ki, Moskvanın “Şəxsiyyətlərarası kommunikasiyaların inkişafı Mərkəzi” fondunun rəhbəri olan Oçeretnı xaricdə bahalı daşınmaz əmlak almaq üçün vəsaitlərə malik deyil. KİV-lərin qənaətinə görə, İspaniyadakı mənzillərin, həmçinin, jurnalistlərin məlumatlarına görə, Oçeretnının Fransa və İsveçrədə milyonlarla avro dəyərində olan digər əmlakının pulları Rusiya prezidentinin keçmiş həyat yoldaşına məxsusdur.

Oçeretnı cütlüyü artıq Böyük Britaniyanın sanksiyaları altındadır. Aleksey Navalnının “Korrupsiya ilə mübarizə Fondu” və bəzi başqa təşkilatlar onların Avropa İttifaqının sanksiyaları siyahısına daxil olmağa səy göstərir. Onların əsas dəlili “Oçeretnının əldə etdiyi daşınmaz əmlakın dəyərinin ailənin rəsmi gəlirlərini üstələməsi” və bu ödəmələrin “mənşəyinin aydın olmadığına” əminlikdir.

“Cütlük Avropa İttifaqının sanksiyalarına hələlik daxil deyil, lakin bu, tez bir zamanda dəyişə bilər, axı, London artıq Oçeretnı və onun böyük qızlarına qarşı sanksiyalar tətbiq edib. Əgər Brüssel buna nümunə ola bilsəydi, bu, Oçeretnıları İspaniyadakı və Avropanın başqa yerlərindəki daşınmaz əmlakdan qəflətən məhrum edərdi”, – nəşr Marbelyedəki apartamentlərin təcili satışını izah edib.

Mənbə

Share: