
Tanınmış aktyor Coffri Barateon Ukraynaya səfər edib.
Modern.az “Unian”a istinadən xəbər verir ki, o, paytaxt Kiyevin küçələrini gəzib.
“Game of Thrones” serialının ulduzu özü ilə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün britaniyalı könüllülərin aldığı pikap maşını gətirib.
Həmçinin, irlandiyalı aktyor öz personajının heykəlciyini hərraca çıxarıb. Onun satışından əldə olunan pul Ukrayna əsgərləri üçün termal kameraya xərclənəcək.
Bundan əlavə, intensiv şəkildə xeyriyyə filminin çəkilməsi planlaşdırılır. Bu pullar da Ukrayna Silahlı Qüvvələrinə, xüsusən də minaatanlar üçün yük maşınlarına yönəldiləcək.