Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir, 101 rusiyalı hərbçi geri qaytarılıb. Təhvil verilən ukraynalı hərbçilərin sayı açıqlanmayıb.
Azad edilən hərbçilər müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq.