Küçənin ortasında döydülər və zorla maşına mindirib naməlum istiqamətdə apardılar…

Çərşənbə günü, fevralın 15-də Lvovda dörd yerli sakin küçənin ortasında 32 yaşlı əcnəbini döyərək qaçırıblar. Hadisəni törədən şəxslər həbs edilib.

 

Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Lvov vilayətinin polisi məlumat yayıb.

Hadisə Lipinski küçəsində baş verib. Hadisənin şahidi olan yerli sakin polisə bildirib ki, küçənin ortasında 4 naməlum şəxs yoldan keçən şəxsi döyüb, zorla maşına mindirib və naməlum istiqamətə aparıb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edənlərin və qurbanın hərəkət etdiyi avtomobil barədə də məlumat verib.

 

Polis hücum edənləri və onların qurbanını Lvovdakı Qorodotskoy küçəsində saxlayıb. Şübhəlilər Lvov vilayətindən olan 19-39 yaşlarında olan dörd kişidir. Qurban 32 yaşlı əcnəbidir.

 

Polis Ukrayna Cinayət Məcəlləsinin 146-cı maddəsinin 2-ci (Qanunsuz həbs və ya adam oğurluğu) ilə iş açıb. Hücum edənləri 5 ilə qədər həbs gözləyir.

 

Sultan Laçın

Mənbə

Share: