Antalya Diplomatiya Forumu təxirə salındı

Antalya Diplomatiya Forumu təxirə salındı

Bu ilin mart ayında keçirilməsi planlaşdırılan III Antalya Diplomatiya Forumu (ADF) təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Forumun təşkilatçıları məlumat yayıb.

 

Forum 10-12 mart 2023-cü il tarixində keçirilməli idi. Tədbirin zəlzələ ilə əlaqədar təxirə salındığı bildirilir.

 

“Biz III ADF-in bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq. Bu çətin anımızda yanımızda olan bütün dostlarımıza səmimi təşəkkürümüzü bildiririk”, – deyə məlumatda bildirilir.

Mənbə

Share: