Rusiya sülh müqaviləsi ilə bağlı Bakı və İrəvana yardım edir.
Millətin Səsi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Rusiya XİN-in nümayəndəsi İqor Xovayevin Ermənistan və Azərbaycana səfər etməsini xatırladıb.
Zaxarova bildirib ki, hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildiriblər.
“Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiq edə bilərəm”, – Rusiya XİN nümayəndəsi qeyd edib.