Türkiyədə ölən it Meksika bayrağında dəfn edildi

Türkiyədə xilasetmə işləri zamanı ölən Meksikanın axtarış-xilasetmə qrupuna məxsus “Proteo” adlı itin nəşi ölkəsinə aparılıb. 

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə fəaliyyətini başa vuran meksikalı xilasedicilər ölkələrinə geri dönərkən “Proteo”nun nəşini də özləri ilə aparıblar. 

 

Meksika Beynəlxalq Hava Limanında “Proteo” üçün xüsusi anım mərasimi təşkil edilib. İtin nəşinin olduğu tabut Meksika bayrağına sarılaraq aparılıb və dəfn edilib.

 

Qeyd edək ki, axtarış-xilasetmə işlərində iştirak edən “Proteo” adlı it fevralın 12-si ölüb. İtin ölümünə səbəb isə yaşının çox olması, Türkiyəyə qədər uzun yol qət etməsi və soyuq hava olub. “Proteo” Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Qvatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərində iştirak edib.

Mənbə

Share: