Çin hökuməti koronavirusa (Covid-19) qarşı mübarizədə “həlledici qələbə” qazandığını elan edib.
Modern.az “Guardian”a istinadən xəbər verir ki, bu barədə Çin lideri Si Cinpinin sədrliyi ilə keçirilən iclasda bildirib.
Pekin rəsmiləri Çinin “bəşər sivilizasiyası tarixində möcüzə” yaratdığını iddia edib.
Çin hökuməti 200 milyondan çox insanın koronavirusa qarşı müalicə edildiyini və Çində koronavirusdan ölüm nisbətinin “dünyada ən aşağı səviyyə” olduğunu qeyd edib.
Rəsmi Pekinin iddiaları Qərb tərəfindən şübhə ilə qarşılanıb. Qeyd edək ki, Çin ötən ilin sonundan koronavirusa yoluxma sayını açıqlamır.
Akif İsmayılov