İranda cümə axşamı gecə saatlarında başlayan aksiyalar davam edir.
Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, paytaxt Tehran daxil olmaqla ölkənin böyük şəhərlərində əsasən gənclərdən ibarət etirazçılar istefa şüarları səsləndirib.
Tehranın bir neçə məhəlləsində, eləcə də Xuzistan vilayətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində nümayişlər keçirilib
İranın bəluc azlığının məskunlaşdığı cənub-şərq Sistan-Bəlucistan vilayətinin mərkəzi Zahedanda da böyük etiraz nümayişləri keçirilib.
Aksiyalar iki etirazçının edam edilməsindən 40 gün sonraya təsadüf edir. Mohammad Mehdi Karami və Mohammad Hosseini yanvarın 8-də İran hakimiyyəti tərəfindən edam edilib.
Akif İsmayılov