
Bu gün səhər saatlarında Tərtərdə rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyev qətlə yetirilib.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub.
Namiq Allahverdiyevin cütlüyün evində usta işlədiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.