Masallıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb

Masallıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb

Masallıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev “Report”un  cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K.Təhməzovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir “Mercedes” markalı avtomobili toqquşub.

Qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.

15:12

Masallıda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb.

Hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Xəsarət alanların Masallı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.

Mənbə

Share: