Brazilyada 6-sm uzunluğunda quyruğu olan qız uşağı dünyaya gəlib

Brazilyada 6-sm uzunluğunda quyruğu olan qız uşağı dünyaya gəlib

“Spinal disrafiya halı yalançı insan quyruğu kimi dəyərləndirilib…”

 

Həkimlər onurğanın çanaqla birləşdiyi yerdə yumşaq toxumalardan ibarət quyruq aşkar edib

 

Braziliyada doğulan qız uşağı həkimləri şoka salıb, onlar bel nahiyəsində 6 sm-lik törəmə aşkar edib.

 

 

Moderator.az xəbər verir ki, bu tibbi anomaliya barədə “Journal of Pediatric Surgery Case Reports” jurnalı yazıb. Məlumatı “cursor” nəşri yayıb.

 

 

Tədqiqata əsasən, spina bifida (onurğanın yarığı) anadangəlmə anomaliyadır, körpənin onurğa beyninin düzgün inkişaf etməməsi ilə bağlıdır və qız uşağı doğulanda mövcud olub. 

 

 

Belə vəziyyət onun onurğasında yarığın əmələ gəlməsi və, ehtimal ki, quyruğun inkişafına gətirib çıxarıb. Onun belində inkişaf edən törəmə cərrahlar tərəfindən əməliyyat zamanı kənar edilib.

 

 

Tədqiqat müəlliflərinin sözlərinə görə, qızın anası əvvəllər narkotiklərdən istifadə etməyib və ya xəstə olmayıb, körpə vaxtında doğulub.

 

 

Həkimlər körpəni müayinə edib, onurğanın və çanağın birləşdiyi yerdə yumşaq toxumalardan formalaşan quyruq aşkar edib.

 

 

“Fiziki müayinə zamanı bel-oma nahiyəsindən inkişaf edən dəri ilə örtülən 6 sm uzunluğunda yumşaq toxumadan ibarət quyruq aşkar edilib”, – tədqiqat müəllifləri qeyd edib.

 

 

Körpə MRT olunub, yerli sinus dəliyi, çoxtəbəqəli toxuma kanalı və bel nahiyəsində liflər aşkar edilib. “Spinal disrafiya halı yalançı insan quyruğu kimi dəyərləndirilib”, – tədqiqatçılar deyib.

 

 

Köpənin hazırda 3 yaşı var, əməliyyat ona uzunmüddətli təsir etməyib. Müəlliflər qeyd edib: “Pasiyentin hazırda 3 yaşı var, o, ciddi uzunmüddətli müşahidə altındadır. Bu müddət ərzində körpədə sidik axarlarının infeksiyası əlamətləri aşkar edilib və antibiotiklərlə uğurla müalicə aparılıb”.

 

 

Hazırda körpə əməliyyatdan sonra hər hansı fəsad olmadan hərəkət edə bilir.

Mənbə

Share: