“Qarabağ”ın reytinqi bəlli olub

“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə üç pillə geriləyib.

“Opta” statistika platformasının hesabatına görə, Azərbaycan çempionu siyahının 69-cu pilləsinə düşüb.

Ağdam təmsilçisi 84,1 reytinq xalına malikdir. Reytinqin ilk “100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”i (Belçika) xeyli üstələyir. “Gent” hazırda 80,7 reytinq xalı ilə 138-ci pillədədir.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. “Neftçi” (77) 244-cü, “Sabah” (75,5) 307-ci, “Zirə” (71,9) 615-ci, “Qəbələ” (71,7) 628-ci, “Turan Tovuz” (68,7) 992-ci, “Sumqayıt” (65,6) 1514-cü, “Şamaxı” (65,4) 1556-cı, “Kəpəz” (65,0) 1651-ci, “Səbail” (64,6) isə 1731-ci yerdə qərarlaşıb.

Elita təmsilçilərindən “Neftçi”, “Qəbələ”, “Turan Tovuz”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” irəliləyib, “Sabah”, “Zirə” və “Şamaxı” geriləyiblər.

13 515 komandanın yer aldığı cədvələ yenə Almaniya təmsilçisi “Bavariya” (100) başçılıq edir. İngiltərənin “Mançester Siti” klubu (98,7) ikinci yerdə qalıbsa, İtaliya “Napoli”si (96) üçüncü pilləyə yüksəlib.

Mənbə

Share: