Ukraynada ölən mülki şəxslərin sayı 8 mini keçdi

Ukraynada müharibə başlayandan bəri 8000-dən çox dinc sakin ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında qeyd olunur.

 

Bildirilir ki, Rusiyanın zərbələri nəticəsində 13000-dən çox insan yaralanıb.

 

BMT vurğulayır ki, bu rəqəm yalnız sənədləşdirilmiş ölümlərdir, amma reallıqda mülki itkilər daha çoxdur.

 

Məsələn, hələ də Rusiya qoşunlarının işğalı altında olan Mariupolda öldürülənlərlə bağlı təşkilatda heç bir məlumat yoxdur.

 

Akif İsmayılov 

Mənbə

Share: