“Ukraynaya hərbi müdaxilə kollektiv vicdanımız üzərində təhqiramiz ləkədir…”

“Ukraynaya hərbi müdaxilə kollektiv vicdanımız üzərində təhqiramiz ləkədir…”

“Müharibə problemlərin həlli deyil, problem müharibədədir…”

 

“Həqiqi, möhkəm sülh BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanmalıdır…”

 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bütün dünya üçün “faciəli dövrdür”.

 

Moderator.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş fevralın 22-də BMT Baş Assambleyasında çıxışı zamanı bəyan edib. Məlimatı “gazeta.ru” nəşri yayıb.

 

“Ukrayna xalqı çox böyük əzablar içindədir. Ukraynalılara, rusiyalılara və bu ölkələrin hüdudlarından çox uzaqlarda olan insanlara sülh gərəkdir.

 

Bu gün sülhün perspektivləri qaranlıq görünə biləcəyinə rəğmən, biz bilirik ki, həqiqi, möhkəm sülh BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanmalıdır.

 

Döyüş əməliyyatları nə qədər uzun müddət davam edəcəksə, bu iş çox çətin olacaq. Bir dəqiqəni belə itirmək olmaz”, – Quterriş hesab edir.

 

O, vurğulayıb ki, “müharibə problemlərin həlli deyil, problem müharibədədir”.

 

BMT baş katibi xatırladıb ki, təşkilatın sənədlərində onun bütün üzvlərinin beynəlxalq münasibətlərdə “güc təhdidindən və ya güc tətbiq edilməsindən həm ərazi toxunulmazlığı və siyasi müstəqilliyə qarşı, həm də BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı başqa hallarda çəkinməlidir.

 

“Birləşmiş Millətlər Təşkilatının mövqeyi dəyişilməz qalır, biz Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünə sadiqik”, – Quterriş bəyan edib.

 

O, qeyd edib ki, 8 milyondan artıq ukraynalı xaricə üz tutub, “qışın qızğın çağında” Ukraynanın su təchizatı, elektrik təchizatı və istilik sistemi rusiyalı işğalçıların hücum obyektlərinə çevrilir.

 

BMT Baş Assambleyasının xüsusi sessiyası fevralın 23-nə keçən gecə işini bərba edib. Tədbirdə “Ukraynada hərtərəfli, ədalətli və möhkəm sülhün əsasında dayanan prinsiplər” haqqında qətnamə layihəsinə baxılacaq. Qətnamədə Ukraynanın ərazi bütövlüyünü təsdiq edilməsi, habelə Rusiya Federasiyasından öz qoşunlarını bu ölkədən çıxarılmasının tələb edilməsi gözlənilir.

 

Bundan öncə Quterriş BMT Baş Assambleyasının Ukrayna ilə bağlı xüsusi sessiyasının gedişində bəyan edib ki, taktiki nüvə silahının tətbiq edilməsi qəbuledilməzdir.

Mənbə

Share: