Putin niyə nüvə silahı qərarından danışınıb?

Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsindən 6 nəfər Krımın ilhaqı və Ukraynanın işğalı kimi məsələlərlə bağlı qərarların necə qəbul edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, anonim qalmaq istəyən Putinin yaxınları bu barədə “Financial Times”a müsahibə veriblər.

 

***

Əvvəli bu yazıda

***

 

“Ukrayna ilə müharibədə nüvə silahının mümkün istifadəsinə gəlincə, Putin artıq bu variantı rədd edib. O başa düşürdü ki, hətta məhdud taktiki istifadə belə bu müharibədə Rusiyaya fayda verməyəcək və “radioaktiv bulud” onu Rusiya ərazisinə gətirəcək. Eyni zamanda, o, ölkənin iqtisadi təzyiqlərə tab gətirməsinin yollarını tapacağına inanaraq uzun sürən müharibəyə tamamilə hazırdır. Putin fərqindədir ki, Müharibənin Rusiya əhalisinin əksəriyyətinə təsir etməyəcəyi barədə danışmağa davam etmək mümkün deyil. Bu, işğalın başlanğıcındakı ilk aylarda, çoxluğun həyatı həqiqətən adi şəkildə davam etdiyi zaman məqbul idi. İndi isə vəziyyət dəyişib. O, başqa ritorika seçib: Təhlükə qarşısında qüvvələrin səfərbər edilməsi və ümumi birliyin zəruriliyi haqqında böyük sözlər… Bununla belə, hakimiyyətin Lujnikidəki son “vətənpərvərlik konserti” üçün stadionu tam doldura biləcəklərinə əmin olmadıqları üçün on minlərlə insanı nağd ödənişlər və ya hədə-qorxu ilə topladılar. Bu, yeni ritorikanın xüsusilə ruslara təsir etmədiyini göstərir”, – nəşr yazıb.

 

O da vurğulanıb ki, 2014-cü ildə Krımı ilhaq etmək qərarına gəldikdə, Putin hətta Təhlükəsizlik Şurasına da məlumat verməyibmiş. Müşavirlər onu Krıma qoşun göndərməkdən çəkindirməyə çalışıblar, lakin Putin deyib:

 

“Bu, tarixi məqamdır. Əgər bununla razı deyilsinizsə, gedə bilərsiniz”.

 

Ətrafındakıların çoxu xatırlayır ki, Rusiya ilə münasibətlərin daha da gərginləşməsindən – xüsusən iqtisadi sferada – və tam kəsilməsindən qorxan Qərbin zəif reaksiyası sonradan Putini Krımla bağlı qərarının doğru olduğuna əmin etdi.

Mənbə

Share: