Çinin Rusiyaya yardım etdiyini göstərən əlamət yoxdur – Bayden

Çinin Rusiyaya yardım etdiyini göstərən əlamət yoxdur – Bayden

Hazırda Çinin Rusiyaya hərbi yardım etdiyini göstərən heç bir əlamət yoxdur.

Bunu ABŞ prezidenti Co Bayden ABC-yə müsahibəsində deyib.

Bayden bildirib ki, o, Pekindən gələcəkdə belə addımlar gözləmir: “Mən gözləmirəm, Çindən Rusiyaya silah vermək üçün böyük təşəbbüslər gözləmirəm”.

ABŞ Prezidenti ötən ilin yayında Çin lideri Si Cinpinlə görüşdə bu mövzudan və mümkün iqtisadi nəticələrdən danışdığını, ABŞ-ın bu işə biganə qalmayacağını bildirib.

Mənbə

Share: