Nazir zəlzələ bölgəsindəki tələbələrdən danışdı

Nazir zəlzələ bölgəsindəki tələbələrdən danışdı

Türkiyədə zəlzələ baş verən ərazidəki universitetlərdə təhsil alan tələbələr minimal şərtləri ödədiyi təqdirdə onların yerli universitetlərə köçürülməsi həyata keçiriləcək. 

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əgər tələbə ölkə daxilində qəbul imtahanında keçid balını toplamayıbsa, attestatla təhsil alırsa, onların yerli ali təhsil müəssisələrinə keçidi həyata keçirilməyəcək.

Mənbə

Share: