Miqrantları daşıyan qayıq batdı – 5 ölü

Türkiyənin cənub-qərb sahillərində miqrantların qanunsuz daşınması ilə məşğul olan qayıq batıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Posta” qəzeti yazıb.

 

Bildirilir ki, qayığın batması nəticəsində beş miqrant həlak olub. Türkiyənin Sahil Mühafizə Xidməti 11 nəfəri xilas etməyi bacarıb. Didim limanı yaxınlığında baş verən qəza zamanı qayıqda uşaqların da olduğu bildirilib. 

 

“Reuters” agentliyinin məlumatına görə, qayığın batması nəticəsində dənizə düşən 5 miqrant Yunanıstan tərəfindən xilas edilib. Qayıqda ümumilikdə 31 nəfərin olduğu bildirilir. Həm Türkiyə, həm də Yunanıstan sahil mühafizəsi axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Mənbə

Share: