
Ukrayna prezidenti Volodimir Zelenski Zaporojye vilayətindəki cəbhə xəttinə baş çəkib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında məlumat yayıb.
“Bu gün burada, hərbçilərimizin yanında olmaq şərəfdir”, – o yazıb.
Zelenski ukraynalı hərbçilərə mükafatlar təqdim edib və döyüşçülərlə şəkil çəkdirib.