Təranə Qumraldan “Amor mio” mahnısı tənqid edənlərə cavab: “Bizə “vız” gələr… “

“Bizim üçün “vız” gələr sənin dediklərin. İt hürər, karvan keçər. Bəziləri özünü çox ağıllı göstərməyə çalışır, amma geri dön, evinə bir nəzər sal”.

 

Bu sözləri müğənni Təranə Qumral son günlər həyat yoldaşı, sənətçi Musa Musayevin “Amor mio” ifasını tənqid edənlərə cavab olaraq bildirib. Müğənni “İnstagram” səhifəsində paylaşdığı tənqidi statusuna Musa Musayevin 1996-cı ildə ifasına çəkilən görüntülərini əlavə edib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Musa Musayevin “Fəlidən doğru xəbər” proqramında səsləndirdiyi “Amor mio” ifası müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə izləyiciləri sənətçini mahnının sözlərini düzgün oxumamaqda ittiham edərək, tənqid atəşinə tutublar. Bu barədə TikTok platformasında və başqa sosial şəbəkələrdə paylaşımlar yer alıb. /Musavat.com/

 

Mənbə

Share: