Etirazçılar İsrail parlamentinə daxil oldu

İsrail parlamenti önündə məhkəmə islahatlarına etiraz edən şəxslərdən bəziləri parlament binasına daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

 

Qeyd edək ki, Knessetin binası qarşısında hökumət əleyhinə mitinq keçirilir.

 

Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.

 

 

Mənbə

Share: