
“Dini təqiblər ilk növbədə Ukrayna Pravoslav Kilsəsinə yönəlib, məqsəd arzuolunmaz dini təşkilatların ləğvi və Moskva Patriarxatlığının populyarlaşdırılmasıdır…”
Ekspertlər ən azı 76 belə halları qeyd edərək, bunların “məqsədyönlü kampaniyanın tərkib hissəsi” olduğunu qeyd edib
Rusiyanın işğalçı hakimiyyəti Ukrayna ərazisində müntəzəm olaraq dini təqiblər kampaniyası aparır.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
Məlumatda deyilir ki, rusiyalılar hərbi müdaxilə zamanı ən az 76 dini təqib aktları törədib, 26-dan artıq dini qurğuları bağlayıb, Moskva Patriarxatlığı Pravoslav Kilsəsinin hesabına milliləşdirib və ya zorla dəyişdirib, həmçinin ən azı 29 ruhani və ya dini liderləri qətlə yetirib və ya ələ keçirib.
Bundan başqa, rusiyalılar ən azı 13 dini qurğuları talan, təhqir və ya qəsdən məhv edib.
Analitiklərin məlumatına görə, belə dini təqiblər, böyük ehtimalla, ayrı-ayrı hallar deyil, Ukraynada “arzuolunmaz” dini təşkilatların müntəzəm ləğv edilməsi və Moskva Patriarxatlığının populyarlaşdırılması üzrə məqsədyönlü kampaniyanın tərkib hissəsidir.
Ekspertlər hesab edir ki, təqiblər hər şeydən öncə Ukrayna Pravoslav Kilsəsinə yönəlib, lakin həm də Kremlə sərf etməyən digər dini hərəkatlara, o cümlədən baptistlər, pantekostalistlər, krişnaitlər, adventistlər, katoliklər, lüterianlar, metodistlər, presviterianlar və bəzi müsəlman hərəkatlarını da əhatə edir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən 411 gün keçir. Bu günlər Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bəyan edib ki, Ukrayna öz əraziləri uğrunda son damla qanınadək və onun torpağına ayaq basan sonuncu rusiyalı hərbçiyədək mübarizə aparmağa hazırdır.
Pristayko vurğulayıb ki, Ukrayna üçün yalnız bir həll yolu var- Rusiya qoşunları onun torpaqlarından çıxmalıdır, ona görə də onlar son nəfərədək vuruşmağa hazırdır.
Diplomat həmçinin dəqiqləşdirib ki, səfərbərlik çərçivəsində Ukrayna ən azı bir milyon adam toplayıb, onlar rusiyalı hərbçilərdən daha yaxşı təlim keçib və hazırlanıb, bunun sayəsində cəbhədə düşmənə müqavimət göstərmək iqtidarındadır.


