
Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilib.
Modern.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Vida mərasimindən sonra mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, Azərpaşa Nemətov dünən 76 yaşında ürəktutmasından vəfat edib.


