Pasxa günlərində Tbilisidə metro pulsuz fəaliyyət göstərəcək

Pasxa günlərində Tbilisidə metro pulsuz fəaliyyət göstərəcək

Pasxa gecəsi Gürcüstanın paytaxtı Tbilisidə metro xidməti vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə səhər saat 04:00-dək fəaliyyət göstərəcək.

 

Bu barədə Tbilisi şəhərinin meri Kaxa Kaladze məlumat verib.

 

O bildirib ki, həmin gecə saat 23:00-dan etibarən metro sərnişinlərə pulsuz xidmət göstərəcək.

 

Kaxa Kaladze həmçinin əlavə edib ki, Pasxa bayramı günləri – aprelin 16-da və 17-də paytaxt sakinlərinin rahatlığını təmin etmək məqsədi ilə şəhərdəki qəbiristanlıqlara xüsusi avtobus marşrutları ayrılacaq.

 

Mənbə: 1tv.ge

 

Mənbə

Share: