
“Rusiya Müdafiə Nazirliyində danışıqların dinlənilməsi radioelektron kəşfiyyat vasitələrinin köməyi ilə həyata keçirilir…”
“MKİ həmçinin Rusiyanın Ukraynaya zərbələrinin vaxtı və yeri barədə məlumatlar əldə edir…”
Jurnalistlər Pentaqonun ictimaiyyətin xəbər tutduğu məxfi məlumatları təhlil etməkdə davam edir. Onların təhlili bu qənaətə gəlməyə imkan verir ki, ABŞ Rusiyanın praktiki olaraq bütün xüsusi xidmət orqanlarından məlumatlar əldə edir.
Jurnalistlər Pentaqonun dərc edilən sənədlərində o cümlədən Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı, Baş Kəşfiyyat İdarəsi, Müdafiə Nazirliyi, Müdafiənin idarə edilməsi Milli Mərkəzi xatırlanır. Guya ABŞ kəşfiyyatçılarının bütün bu strukturların məxfi məlumatlarına çıxışı var.
Adıçəkilən sənədlərdən Amerika kəşfiyyatçılarının məlumatları təkcə haradan deyil, necə əldə etdikləri aydın olur.
Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatında dəqiqləşdirilir ki, Rusiya Müdafiə Nazirliyində danışıqların dinlənilməsi radioelektron kəşfiyyat vasitələrinin köməyi ilə həyata keçirilib.
MKİ həmçinin Rusiyanın Ukraynaya zərbələrinin dəqiq vaxtı və yeri barədə məlumat əldə edir. Belə ki, mart ayında Rusiya MN-də Odessa və Nikolayevdə bir neçə obyektlərə raket zərbələrinin endirilməsi məsələsi müzakirə edilib.
Rusiya qoşunları dronlar anbarı, Hava Hücumundan Müdafiə sistemi və ukraynalı əsgərlərin kazarmasını məhv etməli olub. Martın 24-də Rusiya MN Odessa vilayətində PUA-lar olan anqarın məhv edilməsi barədə hesabat verib.
Elə həmin günlərdə Nikolayevə zərbələr barədə məlumatlar verilib. ABŞ hərbçilərinin ukraynalı həmkarlarını bu planlar barədə Ukrayna Silahlı Qüvvələrinin itkilərindən yan keçmək üçün xəbərdar etməsi bəlli deyil.
MKİ məlumatı həmçinin Rusiyanın hərbi komandanlığının strikturlarından da əldə edir. Qəzet əldə etdiyi materialda o cümlədən Rusiya MN Baş Qərargahının NATO ölkələri tərəfindən Ukraynaya tədarük edilən tanklara qarşı müqavimət göstərilməsinin planlaşdırılması barədə danışılır.
Birincisi, rusiyalı əsgərlərlə təliimat keçirilməsi və adıçəkilən döyüş maşınlarının zəif yerləri barədə məlumatların verilməsi nəzərdə tutulur.
İkincisi, hərbi rəhbərlik onların məhv edilməsi üçün taktika işləyib hazırlayıb. Bunun üçün “məsafədən asılı olaraq üç atəş zonası müəyyən etmək” təklif edilir.
Xatırladaq ki, bundan öncə sosial şəbəkələrdə Amerikanın MKİ-nin Ukrayna, Yaxın Şərq, Cənub-Şərqi Asiya və Çində vəziyyət haqqında hesabatı olan məxfi sənədləri üzə çıxıb.
Nəşrin fikrincə, sənədlərin ictimailəşdirilməsi sayəsində Rusiya məlumatların sızma mənbələrini aşkar edib onları qapada bilər.