Siyavuş Novruzov gömrükdən şikayətləndi

Siyavuş Novruzov gömrükdən şikayətləndi

Ölkədə dərman vasitələrinin qiymətlərinin artması məsələsi aktualdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Bununla bərabər problemlə bağlı məsələlər öz həllini tapmır. Vətəndaşlar xaricdən özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirirlər. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadə üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Bura da niyə problem yaranmalıdır?”, – deyə deputat bildirib.

Mənbə

Share: