Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
Modern.az bildirir ki, Samir Seyidəhmədli iş karyerasına 2005-ci ildə Dövlət Vergi Xidmətində (əvvəlki Vergilər Nazirliyi) başlayıb.
O, daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin müavini, keçən ildən isə Baş İdarənin rəisinin I müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, dekbarın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Həmin gün imzalanan sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.