Saakaşvilinin vəkilləri Strasburqdakı məhkəməyə müraciət etdi

Ermənistanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkilləri onun azadlığa buraxılması üçün Strasburq məhkəməsinə müraciət ediblər.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkillərdən biri Şalva Xaçapuridze sosial şəbəkələrdə məlumat verib.

 

Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunduqdan dərhal sonra elan etdiyi 50 günlük aclıq aksiyasından sonra 2022-ci ilin may ayından etibarən Vivamed klinikasında müalicə alır.

Mənbə

Share: